haberL haberR

ABŞ pilotsuz təyyarəsi İranın hava məkanına daxil olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.08.2016 16:15:48

İran hərbçiləri ölkənin hava məkanına daxil olmuş amerikan pilotsuz təyyarəsini qeydə alıblar (aşkarlayıblar).

İslamazeri.az-ın "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran hərbçiləri ölkənin hava məkanına daxil olmuş amerikan pilotsuz təyyarəsini qeydə alıblar (aşkarlayıblar).

“İranın Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi günü ölkənin şərqində hava məkanına daxil olmuş amerikan pilotsuz təyyarəsini qeydə alıblar və ona xəbərdarlıq ediblər. O Əfqanıstandan gəlmişdi. Pilotsuz təyyarə bu məkanı tərk edib.”, - deyə İranlı hərbçilər bildiriblər.

Bir neçə gün öncə rəsmi Vaşinqton rəsmi Tehranı amerikan gəmilərinə “təhlükəli” həddə yaxınlaşmaqda ittiham edib. ABŞ HDQ-in dənizçiləri xəbərdarlıq atəşi açıblar, bundan sonra İrana məxsus katerlər gəmilərdən uzaqlaşıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.