haberL haberR

ABŞ quru qoşunları İraqda ilk dəfə İŞİD əleyhinə döyüşlərdə iştirak edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.06.2016 0:56:21

İŞİD terrorçuları İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin yayından nəzarət altında saxlayırlar

İslamazeri.az-ın RIA-ya istinadə verdiyi xəbərə əsasən, Amerika quru qoşunları ilk dəfə olaraq İŞİD terror təşkilatı əleyhinə terrorçular tərəfindən İraqın şimalında zəbt edilmiş Mosul şəhəri yaxınlığında döyüşlərdə iştirak ediblər.

Daha əvvəl amerikalı hərbçilər iraqlı kolleqalarının təlimi ilə məşğul olurdular. Mosulun azad edilməsi üzrə əməliyyatda ABŞ-ın başçılıq  etdiyi beynəlxalq koalisiyanın aviasiyası, kürd qüvvələri və İraq qoşunları da iştirak edirlər.

Kürd mənbələrin verdiyi məlumatlara əsasən, amerikalı hərbi-qulluqçular kürd peşmərqə silahlı qüvvələrinin tərkibində, terrorçuları şəhərində cənubundaki mövqelərinə hücumda iştirak ediblər. Bununla yanaşı zirehl itexnika, tanklar və artilleriyadan da istifadə edilib.

Mənbədən qeyd ediblər ki, hücum İraq hərbçiləri ilə birgə aparılıb. Hücumda şiə könüllüləri iştirak etməyib. Xatırladaq ki, İŞİD terrorçuları İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin yayından nəzarət altında saxlayırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.