haberL haberR

ABŞ səfirinin "Hizbullah" etirafı gündəmi qarışdırdı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 12.02.2015 16:52:16 3492 dəfə oxunub.

ABŞ səfirinin "Hizbullah"la bağlı etirafı dünya mediasının gündəmini zəbt edib

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Amerikanın Livandakı səfiri David Hill Livanın "Hizbullah" hərəkatının Suriyada terrorçularla mübarizə apardığını etiraf edib.

"Əl-Cəzirə" telekanalının Suriyaya zidd mövqeyi ilə tanınan jurnalisti Faysal Qasımın şəxsi "Twitter" səhifəsində Amerikanın Livandakı səfiri  David Hilldən sitat gətirərək paylaşdığı "tvit" gündəmi qarışdırıb.

Qasım amerikalı səfirin Livan druzlarının lideri Vəlid Canpoladla görüşdüyünü və görüşdə Hillin Canpolada "Hizbullah" hərəkatının Suriyadakı terrorçularla mübarizə apardığını söylədiyini bildirib.

Amerikalı səfirin bu sözləri  "Hizbullah"-ın Suriyaya müdaxilə etmədiyi və terrorla mübarizə apardığına dair Amerika hökuməti tərəfindən gündəmə gələn etiraf şəklində şərh edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.