haberL haberR

ABŞ Şərqi Asiyaya əlavə hərbi gəmilər göndərəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.06.2016 14:31:16

Birləşmiş Ştatlar Şərqi Asiya sahillərinə müxtəlif missiyaların yerinə yetirilməsi üçün əlavə hərbi gəmilər göndərməyə hazırlaşır.

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, əlavə qüvvələrin göndərilməsinin məqsədi və tarixinin təfərrüatları məlum deyil.

Strateji və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Qreq Polinq qeyd edib ki, onun fikrincə, HDQ-in əlavə qüvvələrinin göndərilməsi ABŞ prezidenti Barak Obamanın regionda tarazlığın təyin edilməsinə dair planının bir hissəsidir.

Çin və bir sıra ölkələrin –Yaponiya, Vyetnam və Filippin – Cənubi Çin və Şərqi Çin dənizlərinin dəniz sərhədləri və məsuliyyət zonaları üzrə fikir ayrılıqları var.

2013-cü il, noyabrın sonunda Pekin, mübahisəli adalar rayonunda fərqləndirici “hava hücumundan müdafiə” zonalarının yaradılmasını elan edib. Çin, bu ərazidə uçan təyyərələrdən öz marşrutlarını və radio-tezliklərini məruzə etmələrini tələb edir.

Amerkan hakimiyyəti müntəzəm olaraq Pekini Cənubi-Çin dənizini militarizasiyada ittiham edir. Bununla belə, Vaşinqton, “beynəlxalq hüquqla uçmaq, üzmək və fəaliyyət göstərməyin icazə verildiyi yerlərdəki” öz hüququndan istifadə etməyin üzərində təkid edir. Hər iki tərəf, vaxtaşırı olaraq regionda öz hərbi mövcudluğunu nümayiş etdirirlər. Daha əvvəl, aprel ayında, ABŞ regiona USS Spruance və USS momsen minonos gəmilərini göndərmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.