haberL haberR

ABŞ Səudiyyənin Yəmən istəyini doğrultmadı: "Ənsarullah" terror təşkilatı deyil, tərəflərdən biridir

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 06.06.2016 9:15:29

Amerikanın Xarici İşlər Nazirliyi “Ənsarullah” hərəkatının terror təşkilatı olmadığını bildirib.

İslamazeri.az-ın “Əl Məyadin”-ə istinadən verdiyi xəbərə əsasən, XİN-nin terrorla mübarizə idarəsinin məsulu Castil Siberel, Yəmənin “Ənsarullah” hərəkatını ölkədə olan böhranın həlli üçün tərəflərdən biri olduğunu bildirib.

Siberel bu barədə deyib: “Bu hərəkat terror təşkilatı olmasa da, Vaşinqton İranın bu hərəkata dəstək verməsindən narahatdır.”

Qeyd edək ki, BMT isə öz növbəsində Yəmənə qarşı ərəb koalisiyasını qara siyahıya əlavə edib.

Xatırladaq ki, "Ənsarullah" hərəkatına dəstək əlaməti olaraq Yəmənin bir neçə şəhərində milyonluq mitinqlər keçirilmişdi, bundan sonra Avropa və ABŞ bu təşkilatın xalq tərəfindən dəstəkləndiyini etiraf etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.