haberL haberR

ABŞ Suriyadakı seçkiləri legitim saymır

Kateqoriya: Siyasət Yayımlama tarixi: 12.04.2016 13:48:37

ABŞ Dövlət Departamenti bu barədə məlumat yayıb

İslamazeri.az-ın Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib ki, aprelin 13-ü Suriyada keçiriləcək parlament seçkilərini legitim hesab etmir. Diplomatın sözlərinə görə, Suriyada seçkilərin keçirilməsi vaxtından əvvəl qəbul edilmiş qərardır: “Biz bu seçkiləri legitim hesab etmirik... Onlar (seçkilər) Suriya xalqının iradəsini təmsil (ifadə) etmir. Hazırki vəziyyəti nəzərə alaraq demək olar ki, seçkilər keçirilməsi vaxtından əvvəl qəbul edilmiş qərardır.” 

Xatırladaq ki, aprelin 13-ü Suriyada parlament seçkiləri keçiriləcək. Seçkiləri keçiriləcəyi haqda xəbər, Rusiya ilə ABŞ arasında Suriyada atəşkəs razılaşdırıldıqdan sonra məlum oldu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.