haberL haberR

ABŞ Türkiyənin qanuni seçilmiş hakimiyyətini dəstəkləyir

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.07.2016 12:39:14

“Biz bu çox dəyişkən hadisəni izləyirik”

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, cümə günü ABŞ dövlət katibi Con Kerri bildirib ki, ABŞ, Türkiyənin demokratik yolla seçilmiş höküməti mütləq şəkildə dəstəkləyir.

“Bu axşam mən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə danışdım və ABŞ-ın demortatik yolla seçilmiş və vətəndaş hakimiyyətinə və Türkiyə demokratik institutlarına mütləq dəstəyini bildirdim”, – ABŞ dövlət departamentinin yaydığı Kerrinin bəyanatında deyilir.

Kerri qeyd edib ki, ABŞ son dərəcə təlaşla Türkiyədəki hadisələri izləyir. “Biz bu çox dəyişkən hadisəni izləyirik”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton bütün tərəfləri diplomatik missiya və onların personalının və həmçinin bütün Türkiyə üzrə mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırır.

Dövlət katibi qeyd edib ki, ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu ölkədə olan Amerika vətəndaşlarına yeni məlumatlar təqdim etməyə davam edir. Onun sözlərinə görə, onlara (Türkiyədəki Amerika vətəndaşlarına) öz yerlərində qalmaq və imkan daxilində öz ailə üzvləri və dostlarına özləri haqda xəbər vermək məsləhət görülür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.