haberL haberR

ABŞ və Bolqarıstan birgə təlim keçirəcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 02.06.2015 13:50:52

Təlim avqust ayında keçiriləcək

İslamazeri.az-ın "Reuters"-ə istinadən verdiyi xəbərə görə,  ABŞ Quru Qoşunları Komandanı general-polkovnik Frederik Ben Hodges ABŞ və Bolqarıstan silahlı qüvvələrinin avqustun sonunda keçiriləcək "Swift Results" təliminə hazırlaşdıqlarını açıqlayıb.

İki günlük rəsmi səfərlər üçün  Hodges Bolqarıstan Baş Qərargah Rəisi general-polkovnik Rumın Nikolovla birgə mətbuata açıqlama verib.

Bolqarıstanın Novo Selo hərbi bazasında təlim keçən amerikalı əsgərlərin işləri barədə məlumat almaq üçün gəldiyini bildirən Hodges, "ABŞ-ın piyada desantları bolqar həmkarları ilə Balçik və Tenevo hərbi hava limanlarında təlim keçəcəklər", -deyə qeyd edib . ABŞ əsgərlərinin İraq və Əfqanıstanda Bolqarıstan əsgərləriylə birlikdə müharibə etdiklərini xatırladan Hodges ABŞ-ın regionda bu cür tərəfdaşlığa önəm verdiyini bildirib. Hodges "Bolqarıstanın coğrafi mövqeyi və qonşu ölkələrlə tarixi əlaqələri ölkənin regiondakı hadisələrində mühüm rol oynayır", -deyə söyləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.