haberL haberR

Abşeronda ev yandı: iki azyaşlı qardaş öldü

Kateqoriya: Hadisə Yayımlama tarixi: 15.03.2016 15:55:40

Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

İslamazeri.az FHN-in saytına istinadən bildirir ki, yanğın kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları - 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən hər ikisi yolda ölüb. 

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.