haberL haberR

Adam öldürən avtobus sürücüsü ölkədən qaçdı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.02.2016 17:23:56

Telman Allahverdiyev saxlanılması üçün İnterpola müraciət edilib

Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, T.Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin  avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R.İsmayılov hadisə yerində ölüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.