haberL haberR

ADİU-da Beynəlxalq İqtisadiyyat Məktəbi yaradılıb

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 03.06.2015 15:38:39

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbi (International School of Economics) yaradılıb

ADİU-nun Marketinq və Kommunikasiya Departamentindən islamazeri.az-a  bildirilib ki, məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılacaq və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunacaq.

Dərsləri ADİU-nun və dünyanın aparıcı universitetlərinin müəllimləri keçəcək. Tələbələr ADİU-nun beynəlxalq tədris, o cümlədən tələbə mübadilə proqramlarında iştirak edəcəklər.

ADİU-nun Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.