haberL haberR

ADP ilahiyyatçı Elşən Mustafaoğlunun həbsini pislədi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.12.2014 15:58:03

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin iclası keçirilib

Partiyadan islamazeri.az-a verilən məlumata görə, İdarə Heyəti bir neçə gün öncə ilahiyyatçı Elşən Mustafaoğlunun həbs olunaraq barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq dövlət orqanlarının bu günədək onun həbsi barədə ictimaiyyətə məlumat verməməsini ölkə qanunlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirib, eyni zamanda adı çəkilən ilahiyyatçının da həbsində siyasi motivlərin dayandığından narahatlığını ifadə edib.

 

İdarə Heyəti qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ölkə başçısını bu həmrəyliyin təcəssümü olaraq siyasi motivlərlə həbs edilən şəxslərin azad olunması üçün əvf fərmanı imzalamağa çağırıb və belə bir addımın humanizm prinsipləri və ölkədə vətəndaş sülhünün əldə olunması baxımından dəyərli olduğunu diqqətə çatdırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.