haberL haberR

Ağaca çırpılan avtomobil alovlandı (Video)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 09.10.2015 11:48:09

Hadisə Lənkəranda baş verib

Lənkəranda avtomobil ağaca çırpılıb və yanmağa başlayıb. Verilən məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəran şəhəri ərazisindən keçən, 201-ci kilometrliyində baş verib.

Masallı rayon Təzə Alvadı kənd sakini 1991-ci il təvəllüdlü, Şərifov Ağabala Əlipənah oğlu idarə etdiyi 44-BU-294 nömrə nişanlı, "VAZ 2107" markalı avtomaşınla, yağışlı hava şəraitində idarəetməni itirərək yoldan çıxıb.

Avtomobil yol kənarında ağaca çırpılaraq yanmağa başlayıb. Sürücü yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan yaralının baş nahiyəsindən xəsarət aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. (report)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.