haberL haberR

Ağcabədidə ata öz oğlunu bıçaqladı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 22.08.2015 13:32:14

2 bıçaq zərbəsi alan yaralı ailə üzvlərinin köməyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

 Ağcabədi rayon Polis İdarəsindən  verilən məlumata görə, rayonun Babək küçəsində yaşayan 1958-ci il təvəllüdlü Niyazi Ağayev aralarında yaranan şəxsi münasibətlər zəminində oğlu 1989-cu il təvəllüdlü Fərhad Niyazi oğlu Ağayevi bıçaqlayıb.2 bıçaq zərbəsi alan yaralı ailə üzvlərinin köməyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Xəstəxanadan bildiriblər ki, yaralı qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq zərbələri alıb. Hazırda onun vəziyyəti orta ağırdır.Cinayəti törətməkdə təqsirli bilinən Niyaz Ağayev polis tərəfindən saxlanılıb.Ağcabədi rayon Polis İdarəsində hadisənin dəqiq səbəbləri araşdırılır. (anspress)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.