haberL haberR

Ağcabədidə və Lənkəranda baş verən yanğın təsərufata ciddi ziyan vurdu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 11.08.2015 10:14:13

Yanğın zamanı talvarın altında olan 3 baş iribuynuzlu heyvan tələf olub

 Ağcabədi və Lənkəran rayonlarında ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.  Ağcabədi  rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 3 tonu və ona bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yanğın zamanı talvarın altında olan 3 baş iribuynuzlu heyvan tələf olub. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan fermanın içərisinə yığılmış 160 ton ot bağlaması yanıb. Yanğın zamanı fermanın içərisində 4 baş at və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olublar. Ferma yanğından mühafizə olunub.   (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.