haberL haberR

Ağcəbədidə azan oxunması qadağan edildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.12.2014 18:49:00

Ağcabədidə dindarlar aksiyaya hazırlaşırlar
Ağcabədidə yaşayan dindarlar aksiya keçirməyə hazırlaşırlar. Buna səbəb rayonda yüksək səslə azan oxunması ənənəsinin ləğv edilməsidir. 
 
Bununla bağlı musavat.com-a müraciət edən bir qrup dindar yaxın günlərdə məscidin qarşısında aksiya keçirəcəklərini bildiriblər. 
 
Dindarlar azanın səsgücləndirici ilə verilməsinin dayandırılması barədə məscid rəhbərliyinə tapşırığın Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov tərəfindən verildiyini qeyd ediblər. Buna səbəb kimi də 23 dekabr bələdiyyə seçkiləri göstərilir. 
 
Belə ki, İcra hakimiyyətindən verilən göstərişdə yüksək azan səsinin seçkilərlə bağlı Ağcabədiyə gələn qonaqları narahat etdiyi vurğulanıb. Dindarlar şikayətlərini yuxarı orqanlara çatdırmaq üçün “Yeni Müsavat” qəzetindən kömək istəyiblər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.