haberL haberR

Ağdaş sakini ehtiyatsızlıqdan özünü güllələyib

Kateqoriya: Hadisə Yayımlama tarixi: 06.03.2015 11:30:37

Ağdaş sakini ov tüfəngi ilə özünü güllələyib

Hadisə rayonun Şordəhnə kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü kənd sakini Əhmədov Arif Ağalar oğlu yaşadığı evdə qoşalülə ov tüfənginə patronları doldurarkən ehtiyatsızlıq edib, qəflətən açılan atəş nəticəsində özünün qarın boşluğu və ayaq nahiyələrindən xəsarət alıb. O, Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək, üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.