haberL haberR

Ağır qəza: həkim ailəsi qəzada öldü, körpələr isə...

Kateqoriya: Hadisə Yayımlama tarixi: 06.08.2016 12:14:46

Kürdəmirdə həkim ailəsi ağır yol qəzasında həyatını itirib.

İslamazeri.az criminal.az-a istinadən xəbər verir ki, tanınmış həkim-kardioloq Əli Əkbərovun idarə etdiyi ''KİA'' markalı avtomobil Bakı-Qazax avtomobil yolunun 196-cı kilometrliyində Qazax istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını yerinə yetirən Kürdəmirin Şilyan kənd sakini Səftər Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə Ə.Əkbərov və həkim həyat yoldaşı Leyla Yunus Salahova və onun atası Yunus Salahov faciəvi şəkilkdə dünyasını dəyişib. Ailənin 40 günlük körpəsi Yunus isə xəsarət alsa da, sağ qalıb.

“VAZ 2107”nin sürücüsü Səftər Heydər oğlu Məmmədov ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Əkbərov və xanımı Bakıdakı tanınmış özəl klinikalardan birində işləyirdi. Onlar Qazax rayonuna L.Salahovanın anasının il mərasiminə gedirmiş.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.