haberL haberR

Ağstafada 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.11.2015 14:10:13

Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi baş verib

 Daxili İşlər Nazirliyinin saytından verilən xəbərə görə  kənd sakini Qabil Salıfovun idarə etdiyi “VAZ-21013” və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Q.Salıfov hadisə yerində ölüb, S.Mirzəliyevanın sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

/Trend

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.