haberL haberR

“Aidiyyatı orqanlar “Avtovağzal”a baxış keçirirlər”

Kateqoriya: Sosial Yayımlama tarixi: 03.05.2016 17:25:42

Piyada zolaqlarının qoyulması nəzərdə tutulub

“Avtovağzal” metro stansiyasının Biləcəri qəsəbəsi istiqamətində olan çıxışında piyada zolaqlarının qoyulması nəzərdə tutulub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov Oxu.Az-a bildirib ki, bununla bağlı müşahidələr aparılacaq, zərurət olduğu halda piyada zolaqları qoyulacaq.

Onun sözlərinə görə, NİİM-in əməkdaşları daim bütün yollarda müşahidələr aparır, çatışmayan cəhətləri aradan qaldırmaq üçün tədbirlər görür:

“Hazırda aidiyyətı orqanlar əraziyə baxış keçirirlər, təkliflər hazırlanır”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.