haberL haberR

"Ailə dərsləri" seminarlarında iştirak etmək istəyənlərin nəzərinə

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 21.06.2015 18:42:09 2172 dəfə oxunub.

İyun ayının 27-dən etibarən "İslam Birliyi və İnkişafi" İctimai Birliyinin təşkilatçığı ile "Ailə dərsləri" adlı seminarlar təşkil olunacaq

Bu haqda İslamazeri.az-a  "İslam Birliyi və İnkişafi" İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, İyun ayının 27-dən etibarən "İslam Birliyi və İnkişafi" İctimai Birliyinin təşkilatçığı ile "Ailə dərsləri" adlı seminarlar çərçivəsində təşkil olunan dərslər hər həftənin Şənbə günləri saat 11:00 da baş tutacaq. Seminarlar məhşur Sosial-psixoloq Vüsal Nadiroğlu tərəfindən keçiriləcək...

Seminarları yaxşı nəticəylə bitirən iştirakçilara Sertifikat  və dədiyyə veriləcək...

 

Seminarın Proqramı

AİLƏ DƏRSLƏRİ

 

1. Evlənmək nədir?

- Nəyə lazımdır?

- “Mən niyə evlənirəm?” sualı.

- Evlənməkdən nə gözləyirəm?

- Evlənməyə sosial baxış

- Niyə ailə cəmiyyətin nüvəsidir deyilir?

- Qadın və kişi ayrıca natamamdır. Birlikdə bütövlük təşkil edir.

 

2. Evlənməkdə olan faktorlar:

- Yaş faktoru: Qadın və kişi: Ayrı – ayrılıqda və birlikdə

- Maddi faktor: Kişi və Qadın

- Mənəvi – psixoloji faktor: Qadın və kişi

- Sağlamlıq faktoru: Qadın və kişi

- Mədəniyyət və vərdişlərin uyğunluğu. Tərəflərin ailələri.

 

3. Həyat yoldaşı seçimi:

- Valideynlərin məsləhəti

- Tanışların məsləhəti

- Axtarış nəticəsində aşkar olunanlar

- Tələbə yoldaşı, iş yoldaşı və s. vəziyyətlərdə olan tanışlıq

 

4. Ailədaxili rabitə

- Qadının səlahiyyət və öhdəlikləri

- Kişinin səlahiyyət və öhdəlikləri

- Ailə başçısı

- Qarşılıqlı güzəşt. Üzr istəmək böyüklükdür.

- Qadınlar niyə küsəyəndir?

- Ünsiyyət problemləri və ailədaxili münaqişələr

- Qayınana – gəlin münasibətləri. Kişinin ortada qalması. Valideyn öhdəlikləri haqda qısa haşiyə.

- Münaqişələrin həlli və düzgün mövqe seçmək

- Ailədə qısqanclıq

- Matriarxal ( ana hakim olan) və patriarxal( ata hakim olan) ailələr

- Boşanmaq ( sevgi sayqı güvən)

 

5. Toy prosesi

- mehriyyə

- evlənməyə vasitəçilik

- toy mərasimi

 

6. Valideyn olmaq statusu:

- Övlad tərbiyə etməyə hazır olmaq, maariflənmək.

- Məsuliyyət və öhdəlikləri anlamaq

- Övladın dünyaya gəlməsinin zamanını planlaşdırmaq

- Övlad lazımdırmı? Neçə övlad lazımdır

 

7. Övlad tərbiyəsi:

- Uşaq evdə canlı kamera kimidir

- Cinsə görə tərbiyə

- Övlada maddi və mənəvi qayğı

- Övlad – valideyn münasibətləri

- Övladlar arasında səmimiyyəti qurmaq

- Övladlar arasındakı yaş fərqlərini tənzimləmək

- Övladı bir lider görmək. Onu həyata və düzgün peşəyə hazırlamaq

- Övlad – valideyn münasibətləri. Övladdan gözləntilər.

 

8. Övladın ailə qurması:

- Övladı ailə qurmaqla bağlı maarifləndirmək

- Övladın həyat yoldaşını doğma bilmək

- Övladın ailəsinə müdaxilə yolverilməzdir

 

Seminarlalarda iştirak etmək üçün qeydiyyatdan keçmək mutləqdir.

Lazımi sənədlər: Ad, Soyad, əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin nüsxəsi.

 

Seminar təşkilatçıları ilə əlaqə: 

Ünvan: 28 may kuçəsi 9, ev 50 ( 23 saylı mekteble üzbə-üz)

Tel: (012) 409 16 98

Mob: (070) 208 22 07

Kurs pulsuz olacaqdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.