haberL haberR

Ailəsi ilə birgə istirahətə gedən 6 yaşlı uşaq Antalyada öldü

Kateqoriya: Kriminal Yayımlama tarixi: 05.08.2015 18:27:57

Leyla Rzayeva hovuzun ətrafında oynayarkən su ilə dolu hovuza yıxılıb

Türkiyədə ailəsi ilə istirahət edən Azərbaycanlı 6 yaşlı uşaq hovuzda boğularaq ölüb. 
Hadisə Antalyanın Kəmərkurortunda baş verib.

Ailəsi ilə birgə istirahətə gedən 6 yaşlı Leyla Rzayeva hovuzun ətrafında oynayarkən su ilə dolu hovuza yıxılıb. Yıxılan azyaşlı ətrafdaki insanların köməyi ilə oradan çıxarılaraq xəstəxanaya aparılıb. Xəstəxanda ilkin tibbi yardım göstərilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Leylanın xalası Ramidə Quliyeva bildirib ki, istirahət etdikləri oteldə heç bir təhlükəsizlik tədbirləri yox imiş. Hadisə elə bu səbəbdən baş verib. R.Quliyeva çox kədərli olduqlarını bildirib və heç bir təhlükəsizlik tədbirləri görülmədiyi üçün oteli məhkəməyə verəcəklərini də əlavə edib.(anspress.com)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.