haberL haberR

AİP-dən “Xocalı və Kərbəla” mövzusunda müsabiqə; qalib Məşhəd ziyarətinə göndəriləcək

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 02.02.2016 13:03:51

AİP “Xocalı və Kərbəla” mövzusunda məqalə və şeir müsabiqəsi elan edir

İslamazeri.az-ın İslaminsesi-nə istinadən verdiyi xəbərə görə, 26 fevral Xocalı soyqırımının 24 illiyi münasibəti ilə Azərbaycan İslam Partiyası “Xocalı və Kərbəla” mövzusunda məqalə və şeir müsabiqəsi elan edir.

 Müsabiqəyə təqdim olunan məqalə və şeirlərdə vətənpərvərlik, qəhrəmanlıq, faciənin canlılığı və islami baxış olması, həmçinin indiyə qədər yazılmış yazılardan fərqli yeni fikrin olması əsasdır.

Təqdim olunan məqalə Word formatında (Times New Roman şrifti ilə, 14 ölçüdə) və 2 ədəd A4 vərəqindən çox olmamalıdır.

Məqalə və şeirlər [email protected] ünvanına göndərilməli, bununla yanaşı ad, soyad, əlaqə nömrəsi və E-email ünvanı da qeyd edilməlidir.

Fevralın 23-ü müsabiqə üçün məqalə və şeirlərin qəbulunun son günüdür. Müsabiqənin nəticələri fevralın 29-da elan olunacaq.

Ən yaxşı məqalə və ən yaxşı şeir yazan qaliblərə mükafat olaraq “Məşhəd ziyarəti” hədiyyə ediləcək. Məqalə müsabiqəsində ikinci və üçüncü yerlərin qaliblərini də qiymətli mükafatlar gözləyir.

Seçilmiş məqalə və şeirlər mediada dərc olunacaq.

Əlavə məlumat üçün əlaqə nömrəmiz: 077 535 05 36

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.