haberL haberR

AİP: Hakimiyyət inanclı insanların coşqusundan çəkindi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 14.11.2014 13:20:03 2934 dəfə oxunub.

Müxaliflərin etiraz aksiyasına dərhal "hə" deyən Bakı meriyası (hökümət)İslamçıların mitinq müraciətinə "yox" deyib

İslamazeri.az-ın AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhər meriyası AİP-in mitinq keçirmə istəyinə yenə "yox" deyib.

Partiya rəsmiləri mitinq təşkilatçılarının 5 noyabr 2014-cü il tarixdə etdiyi müraciətinə  “yox” cavabının verilməsinin əsas səbəbini hakimiyyətin aksiyanın geniş miqyas ala biləcəyindən çəkinməsini göstəriblər.

 Müzakirələr zamanı aydın oldu ki, İcra Hakimiyyətinin səbəb kimi göstərdiyi arqument məntiqə uyğun deyil. Belə ki, cavabda bildirilib ki, eyni tarixdə və həmin yerdə digər toplantının keçirilməsini nəzərə alaraq AİP-in planlaşdırdığı mitinqin keçirilməsi məqsədə uyğun hesab edilmir.

  “Əslində bu, quruma aksiya keçirməkdə mane olmaq üçün əvvəlcədən ssenariləşdirilmiş bir məsələdir”-deyə, AİP siyasi şöbəsinin rəhbəri A. Heydərli bildirib.

 İslamçılar partiyaya qarşı qərəzli münasibəti demokratik prinsiplərə zidd, islamafobiyanın amili kimi qiymətləndiriblər. Siyasi qurumun səlahiyyətliləri mitinq keçirməkdə israrlı olduqlarını, kütləvi aksiyalarda xalqa haqq sözlərini çatdırmağı, şərlənərək həbs olunan partiya rəhbəri M. Səmədovun və digər inanclı məhbusların azad olunması tələbini vəzifə kimi qarşılarına qoymuşlar. 

Hakimiyyət AİP üzvlərinin, inanclı insanların coşqusundan çəkindi. AİP-in sədr əvəzi Hacı Elçin Manafov Bakı Şəhər İcra Hakimiyyətinin mitinq təşkilatçılarının kütləvi aksiya keçirmək üçün etdikləri müraciətə verdiyi mənfi cavabı müzakirə edərkən belə deyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.