haberL haberR

Akif Çovdarovun cəlladlarından biri həbs edildi - Eynulla Fətullayevin saytı yazır

Kateqoriya: Kriminal Yayımlama tarixi: 17.11.2015 16:21:00

"Hüquq-mühafizə orqanlarının əməkdaşları general Akif Çovdarovun cəlladlarından birini MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi Səlim Məmmədovu saxlayıb."

Bu fikirlər MTN-nin sabiq generalının ən yaxın adamlarından birinin həbsilə bağlı yaydığı xəbərdə  Eynulla Fətullayevin Azərbaycan dilli "virtualaz.org" saytına məxsusdur.

Məlumatın davamında bildirilir ki, hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb.

Saytın yazdığına görə; "Çovdarovun ikinci cəlladı - polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.