haberL haberR

AKP-nin siyasətini tənqid edən jurnalistə İstanbulda silahlı hücum oldu

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.07.2015 15:39:56

Suriyada və İraqda qanlı cinayətlər törədən terrorçu qruplaşmaları öz yazılarında ifşa edən jurnalist Mustafa Seyfullah Kılıç silahlı hücuma məruz qalıb.

Jurnalist Mustafa Seyfullah Kılıç İstanbulun Əsənyurt rayonunda silahlı hücuma məruz qalıb.

Seyfullah Kılıç, "Dünən saat 15.00 radələrində uşaqlara paltar və qida yardımı məqsədi ilə bir məhəlləyə getmişdik. Təxminən 1 aya yaxındır mənimlə görüşmək istəyən və bu tələbini dostlarımıza bildirən suriyalı türkmən olduğu bildirilən şəxs əraziyə çatdığım vaxt atəş açıb. Mən oturduğum avtomobildən çıxarkən güllə mənim arxamdakı suriyalı kiçik qızın başını yüngül şəkildə yaraladı. Məni qorumaq istəyən dostların qarşılıq verməsi ilə cinayətkar ayağından vuruldu və zərərsizləşdirildi", - deyə qeyd edib.

Məlumat üçün onu da qeyd edək ki, jurnalist Mustafa Seyfullah Kılıç tez-tez hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Suriya və Yaxın Şərq siyasətini tənqid edən yazırlarla çıxış edir. (azadxeber)

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.