haberL haberR

AKP rəsmisi mahnı oxudu: "Rəcəb Tayyib Ərdoğan, səlli əla Muhəmməd" (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.05.2015 23:44:15

AKP-nin rəsmilərindən biri tədbirdə mahnı oxuyarkən Ərdoğanın adının arxasınca salavat gətirdi...

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin hakim partiyası olan AKP-nin xarici işlər üzrə sədr köməkçisi Yasin Aktay Türkiyənin Siirt şəhərində keçirilən tədbir zamanı Rəcəb Tayyib Ərdoğan adı ilə birgə salavat səsləndirib.

Mahnı sırf dini olsa da, sonradan Aktay mahnıda Türkiyə prezidentinin həmçinin AKP-nin adını çəkib.

"Rəcəb Tayyib Ərdoğan, səlli əla Muhəmməd" nəqarətilə oxunan mahnı sosial mediada birmənalı qarşılanmayıb və əksər insanlar tərəfindən tənqid olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.