haberL haberR

AKP sözcüsü Ömər Çelik: "İsrail dövləti və xalqı Türkiyənin dostudur"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 20.12.2015 23:40:44

AKP hökümətilə İsrail rejimi arasında yaxınlaşma prosesi sürətlə irəliləyir

İslamazeri.az-ın "Əl Cəzirə Türk"ə istinadən verdiyi xəbərə görə, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) sözcüsü İsraillə əlaqələrlə bağlı dostluq mesajı verib.

AKP sözcüsü Ömər Çelik İsraillə qəti razılaşmanın olmadığını önə çəkərək deyib: "Qəti razılaşma yoxdur, lakin bu məsələ üzərində işləyirik. Şübhəsiz İsrail dövləti və xalqı Türkiyənin dostudur. Bizim bu günə qədər etdiyimiz tənqidlər İsrail hökümətinin həddindən artıq radikal davranışlarına, yəni qanuni hesab etmədiyimiz davranışlarına görə idi."

Ömər Çelik İsrail üçün irəli sürdükləri şərtlərdən yalnız birinin yerinə yetiridiyini qeyd edib.

"Üzr istənilməsi, təzminat və Qəzzaya qarşı həyata keçirilən embarqonun ləğv edilməsi - bizim şərtlərimiz idi. Birinci şərtimiz yerinə yetirildi, digər ikisi isə reallaşmayıb. Türkiyənin tələb etdiyi bu üç şərtin yerinə yetirilməsi şərtilə, əlaqələrin normallaşması baş verə bilər. Hazırda razılığa gəlinən imzalanmış bir şey yoxdur. Bu üç şərtə əməl edilib edilməməsinə baxacağıq" - deyə AKP sözcüsü Ömər Çelik bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.