Aksiya keçirilən univermağın rəhbərliyi: "Endirimlər olacaq"
Bu gün Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında yerləşən "Moskva" univermağında satıcılar yer haqqının bahalığına etiraz olaraq aksiya keçiriblər.

Satıcılar piştaxtaları boşaldaraq işləməkdən imtina edib və yer haqqının eyni şəxs tərəfindən, eyni qiymətlə yığılmasını tələb ediblər.
Univermağın rəhbərliyindən lent.az-a bildirilib ki, onlara satıcıların tələblərini yerinə yetirmək üçün vaxt tələb olunur: “Əlbəttə, endirimlər olacaq, qiymətlər əvvəlki hədlə eyni ola bilməz və devalvasiyaya uyğunlaşdırılmalıdır”.
Univermaq rəhbərliyindən o da bildirilib ki, bütün yerlərə görə eyni miqdarda icarə haqqının ödənilməsi mümkün deyil: “Çünki mərtəbələr və yerlərin mövqeləri ilə bağlı fərqlər var”.
Qeyd edək ki, satıcılar konkret nəticə olmasa, aksiyanı dayandırmayacaqlarını deyiblər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.