haberL haberR

Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi

Kateqoriya: İslam Yayımlama tarixi: 21.11.2014 16:00:10 14388 dəfə oxunub.

Dünən Ali Məhkəmədə ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib

Bu barədə Hacı Abgül Süleymanovun vəkili Cavad Cavadov İslamazeri.az-a məlumat verib.

 

Vəkil bildirib ki, dünən Hacı Abgül Süleymanovun Azərbaycan Respublikası Ali Məhkəməsində apellyasiya məhkəməsinin yekun qərarından (yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərarından) kassasiya şikayətinə baxılmışdır. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasına dair qərar qəbul etmişdir. Bu qərar gözlənilən idi. İndi Avropa Məhkəməsinə müraciət edəcəyik. Həmçinin Abgül Süleymanovun həbsxayana keçirilməsinə dair qərardan Avropa Məhkəməsinə artıq şikayət göndərilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.