haberL haberR

Ali məktəblərə qəbulla bağlı statistik rəqəmlər

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 13.08.2015 15:18:28

“200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz təşkil edib

“200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47, 14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22, 08 faizdir. 7, 5 faiz isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar”.  Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən brifinqdə deyib. 

E. Nağızadə bildirib ki, bütünlüklə qəbul prosesi tam baş çatdıqdan, yəni ikinci mərhələ üzrə yerləşdirmənin nəticələri elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən qəbulun yekunlarına dair statistik təhlillər aparılacaq: “Daha geniş, müqayisəli təhlillər ictimaiyyətə təqdim olunacaq. Bizdə yalnız ilkin statistik məlumatlar var”.  

TQDK rəsmisi bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb: “Builki məzunların 26, 21 faizi 0-100 bal arasında, 18, 97 faiz 100-200 bal arasında, 18, 28 faiz 200-300 arasında, 24, 91 faiz 300-500 bal arasında, 11, 63 faiz 500-dən yuxarı və 3,91 faiz 600-dən yuxarı bal toplayıb”. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.