haberL haberR

Ali təhsil haqqında arayışları online ala biləcəyik

Kateqoriya: Hadisə Yayımlama tarixi: 11.04.2015 16:00:00

Yaxın günlərdə Azərbaycanda “Elektron hökumət” (e-gov.az) portalı vasitəsi ilə ali təhsil haqqında arayışı onlayn almaq mümkün olacaq

Bunu islamazeri.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən bildiriblər.

Arayışın əldə olunması üçün ali təhsil haqqında diplomun PİN kodunu göstərmək lazımdır.

Elektron arayış şəxsin ali təhsilini təsdiq edən rəsmi sənəd hesab olunur və onu təyinatı üzrə istifadə etmək mümkündür.

Azərbaycanın ali məktəb məzunları haqqında məlumatlar “Tələbə-məzun” məlumat sistemində saxlanılır. Bu bazanın mövcudluğu həm nazirlik əməkdaşlarının işini yaxşılaşdıracaq, həm də saxta diplomların saxtalaşdırılmasının qarşısını alacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.