haberL haberR

"Alimin cibinə narkotik qoyub həbs edirlər..." - konfransdan reportaj.... (Foto)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 27.05.2015 15:50:43

AİP “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar" mövzusunda konfrans keçirib

İslamazeri.az xəbər verir ki, Azərbaycan İslam Partiyasının (AİP) təşkilatçılığı ilə keçirilən konfransda bir sıra dindarlarla yanaşı, bəzi partiya liderləri də iştirak edib.  Konfransda AXP-nin sədri Pənah Hüseyn, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov, Quran hafizi Zülfiqar Mikayılzadə, AİP funksionerlər, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin (MMDİB) funksionerləri, "Müsəlman Birliyi Hərəkatı" üzvləri və dindarlar, ictimai fəallar iştirak ediblər.

 

İlk olaraq konfransda çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) siyasi məsələlər üzrə müavini Akif Heydərli ABŞ-ın islama qarşı riyakar, aqressiv siyasətini pisləyib.  O qeyd edib ki, onlar təriqətlər arasında təfriqə salmaqla, müxtəlif müsəlman ölkələrində hakmiyyət pərəst insanların tamahından istifadə edib daim parçalmağa çalışırlar.  Daha sonra Səudiyyə Ərəbistanında edam hökümünə məruz qalan islam alimi Ayətulah Şeyx Nimr haqqında çıxarılan hokmü ədalətsiz adlandıran A.Heydərli bunu müqəddəs imamlarımıza qarşı törədilən ədalətsizliyin davamı adlandırıb: “Şeyx Nimrin timsalında bütün dünyada islamsevərlərə qarşı belə haqsızlıq hokm sürür. Çox təəssüf ki, ölkəmizdə də islamçıların həbsi ürəyimizi ağrıdır".

 

Konfransda çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov zindanlarda yatan vətənpərvər insanların bu halına təəssüf etdiyini qeyd edib. O, Şeyx Ayətullah Nimrin timsalında bütün əhlibeytsevər, azadlıqsevər, ədalətsevər insanların zindana atılmasını pislədi və gələn qonaqlara təşəkkürünü bildirib. 

 

AXP sədri Pənah Hüseyn isə Azərbaycan Xalq Cəbhəsinin (AXC) iqtidarda olduğu dövrdə Azərbaycanın birləşdiyini və güclü olduğunu bildirib.  P.Hüseyn Azərbaycanda zindanda yatanların arasında dindarların çoxluq təşkil etdiyini bildirib:“Biz AXC vaxtında birgəydik. Birgəydik və xalqımıza söykənmişdik. Odur ki, böyük uğurlar əldə edirdik. Sonra Azərbaycan parçalandı. Azərbaycanlılar şiələrə, sünnilərə, İrana, Türkiyəyə meyilləri ilə parçalandılar. Müsəlman aliminin cibinə narkotik qoyaraq həbs edirlər, bu mənə çox pis təsir edir. Əfv ərizəsi olanda nə olacaq. Beş-altı nəfəri əfv edəçəklər, əvəzində 50-60 nəfəri həbs edib basacaqlar içəri. Onsuz da bu hakmiyyət hamımızı tutur. Elə ona görə də biz birləşməliyik və birgə mübarizə aparmalıyıq”.

 

Quran hafizi Hacı Zülfüqar Mikayılzadə isə bütün dünyada böyük qüdrətlərin azadlığı uğrunda döyüş getdiyini bildirib: “Biz o zaman dəyərlərin həqiqi carçıları olarıq ki, həmin dəyərlərin yanında olaq.Çünki bizim quranımız bunu öyrədib bizə. İmam Əli (ə) bir dəyəri ayaq altına atmaqla qələbə çala bilərdi, amma o, atmadı bu addımı.Qurani Kərimin “Kəhf” surəsində bizə nümunə göstərilən insanlar peyğəmbər deyildilər, amma dəyəri qoruyan idilər.İnşallah, Şeyx  Nimr də mübarizəmiz nəticəsində azad olar, zalım öz cəzasını alar”.

 

Tərbirdə, iştirak edən digrə partiya rəhbərləri və ilahiyyatçılar çıxış edərək öz sözlərini deyiblər.

“İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

/haberimaj/habergaleri/0Y7K9T0W8G6K.JPG
  1. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  2. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  3. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  4. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  5. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  6. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  7. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  8. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  9. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  10. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  11. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  12. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  13. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  14. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  15. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  16. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  17. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  18. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

  19. “İnsan azadlığı və yaxın şərqdə baş verən olaylar mövzusunda konfrans keçirilib (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.