haberL haberR

Allaha və dünyaya xatir dostluq, qardaşlıq

Kateqoriya: İslam Yayımlama tarixi: 03.08.2016 10:48:10

İslamazeri.az-ın "İslam" rubrikasında möminlərin qardaşlığı, dünyaya görə qardaş olanların məzəmmət edilməsilə bağlı hədisləri təqdim edir

Allahın Peyğəmbəri (s):«Möminlər qardaşdırlar, qanları bərabərdir və başqalarının qarşısında əlbirdirlər. Onların ən aşağı olanı bir şəxsi hamısının amanına daxil edə bilər.»

İmam Əli (ə):«Nə çox qardaşın ki, onları sənin anan doğmayıb.»

İmam Baqir (ə):«Mömin möminin doğma qardaşıdır.»

İmam Sadiq (ə):«Mömin möminin qardaşı, onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.»

İmam Sadiq (ə):«Mömin möminin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir üzvü ağrıyanda digər üzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır.»

Həqiqi qardaşlar

Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək.»

.İmam Əli (ə):«Həqiqi qardaş və yoldaşlarını qoru. Çünki onlar asayiş dövrünün ehtiyatı, bəla günlərinin qalxanıdırlar.»

Qardaşları sevmək

İmam Əli (ə):«Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın.»

İmam Əli (ə):«Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.»

52.İmam Sadiq (ə):«İnsanın dinsevərliyinin nişanələrindən biri onun qardaşını sevməsidir.»

Dostluğun davamlılığına səbəb olan amillər

İmam Sadiq (ə):«Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə.»[65]

İmam Sadiq (ə):«Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.»

Allaha xatir dostluq və qardaşlıq etmək

Allahın Peyğəmbəri (s):«Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.»

Allahın Peyğəmbəri (s):«Müsəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra Allaha görə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib.»

İmam Əli (ə):«Allaha görə qardaşlıq etmək məhəbbəti saflaşdırır.»

İmam Əli (ə):«Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.»

İmam Əli (ə):«Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verir.»

Dünyaya görə qardaş olmaq

İmam Əli (ə):«Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun dostluğu alçaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir.»

İmam Əli (ə):«Kim Allaha görə qardaşlıq etsə xeyir görər və kim dünyaya görə qardaşlıq etsə məhrum qalar.»

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.