haberL haberR

Allahşükür Paşazadə Ayətullah Sübhani, Ayətullah Şirazi və höccətülislam Şəhristani ilə görüşüb

Kateqoriya: Siyasət Yayımlama tarixi: 24.11.2014 12:26:26

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İrana ikigünlük səfəri çərçivəsində böyük mərcəilər Ayətullah Sübhani və Ayətullah Şirazi ilə yanaşı İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri Ayətüllah əl-üzma Seyyid Əli Sistaninin xüsusi nümayındəsi Ayətullah Seyid Cavad Şəhristani ilə də görüşüb.

İslamazeri.az-ın Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytına istinadla verdiyi məlumata görə, səmimi şəraitdə keçən görüşdən sonra QMİ sədrinin şərəfinə ziyafət verilib.

Qeyd edək ki, səfərdə Şeyxülislam Allahşükür Paşazadəni QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev və qurumun digərlər əməkdaşları müşayiət ediblər

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.