Allahşükür Paşazadə islam alimlərinə səsləndi

İslamazeri.az-ın məlumatına görə, bu fikirləri AzərTAc-a müsahibəsində İranda “Ekstremizm və sələfilik: Müsəlman alimlərinin gözü ilə” mövzusunda keçirilən konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə deyib.
A. Paşazadə bildirib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı mövcud əlaqələri daha da möhkəmləndirəcək.
Konfransda son dövrlər islam aləmində baş verən neqativ halların, xüsusilə də İraq və Suriyada İŞİD kimi terrorçu təşkilatın törətdiyi hadisələrin müzakirə olunduğunu deyən A. Paşazadə bu təşkilatın islam dini ilə heç bir əlaqəsinin olmadığını bildirib. İslam dini adam öldürməyin, qətl və qarətin əleyhinədir. Bu təşkilatı yaradanların və arxasında duranların məqsədi islam dinini ləkələməkdən, onun dünya ictimaiyyətinə vəhşiliyi təbliğ edən bir din kimi təqdim etməkdən ibarətdir. Belə təhlükəli tendensiyanın qarşısını almaq üçün islam alimləri bir araya gəlib müzakirələr aparıb çıxış yolları tapmalıdırlar. Azərbaycan da müsəlman ölkəsidir və burada bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yanaşırlar. Lakin buna baxmayaraq Azərbaycan bu məsələnin müzakirəsindən kənarda qala bilməz.
A.Paşazadə qeyd edib ki, İranın bu kimi problemlərin müzakirəsində fəallıq göstərir, müsəlman alimlərini bir araya gətirərək fikir mübadiləsi aparmalarına şərait yaradır. İŞİD kimi qüvvələrin meydana gəlməməsi üçün din xadimləri ilə yanaşı siyasi və dövlət xadimləri də bir araya gələrək dindən istifadə edərək terrorla məşğul olanlara qarşı mübarizə metodlarını tapmalıdırlar.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.