haberL haberR

“Almaniya üçün Alternativ” partiyası seçki qabağı anti-islam manifesti qəbul edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.05.2016 13:57:22

Partiya ölkənin İslamlaşmasına qarşı mübarizə aparacaq

İslamazeri.az rus mediasına istinadən xəbər verir ki, sağçı partiya “Almaniya üçün Alternativ” manifest qəbul edib. Manifestə əsasən partiya ölkənin  İslamlaşmasına qarşı mübarizə aparacaq. Xüsusilə, “Almaniya üçün Alternativ” partiyası ictimai yerlərdə hicabın taxılması və minarələrin tikilməsinə qarşı qadağanın əldə olunmasına nail olmaq niyyətindədir.

Keçirilən sorğulara əsasən, sağçı partiya 2017-ci ildə keçiriləcək parlament seçkilərində, Angela Merkelin başçılıq etdiyi “Xristian demokrat ittifaqı” partiyasına ciddi rəqib ola bilər.

“Almaniya üçün Alternativ” pariyasının üzvü Xyu Bronsonun fikrincə, Almaniyada yaşayan müsəlmanların əksəriyyəti ölkə ərazisində parallel cəmiyyətin yaradılması ilə məşquldur və inteqrasiyaya hazır deyildir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.