haberL haberR

Almaniyada 2 millətçi əfqan qaçqınları təhqir edərək döyüblər

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.08.2016 15:52:10

Xəsarat almış 58 və 28 yaşlı şəxslər xəstəxanaya çatdırılıblar.

İslamazeri.az-ın "Spiegel"-ə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın iki qadın vətəndaşı Almaniyanın Meklenburq - Ön Pomeraniya federal torpağında milliyətçi almanlar tərəfindən hücuma məruz qalıblar.

3 şübhəli - 26 və 34 yaşlı iki qadın və həmçinin 37 yaşlı kişi saxlanılıblar. Onlar spirtli içkilərin təsiri altında olublar. Şübhəlilər daha əvvəl də hüquq qaydalarını pozduqlarına görə polisdə olublar. Onlar sorğu zamanı bildiriblər ki, onların xaricilərdən xoşları gəlmir.

Xəsarat almış 58 və 28 yaşlı şəxslər xəstəxanaya çatdırılıblar. Orada onlara ilkin tibbi yardım göstəriblər. Onlar küçədə hücuma məruz qalıblar. Millətçi almanlar əfqan qaçqınları təhqir edib, daha sonra üzlərinə zərbələr endiriblər. "Spiegel"-in məlumatına əsasən, hər iki qadın Almaniyada qaçqın kimi yaşamaq hüququ almaq üçün gözləyirlər.


Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.