Almaniyada anti-islam hərəkatı - PEGİDA-ya qarşı 35 minlik yürüş

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Almaniyanın Drezden şəhərində şənbə günü axşam saatlarında 35 min insan “Avropa Vətənpərvərləri İslamlaşmaya Qarşı” (PEGİDA) hərəkatına etiraz etmək məqsədi ilə yürüş keçiriblər. Yürüşə müsəlmanlarla yanaşı, xristianlar da qatılıblar.
Yürüşdə, həmçinin, Saksoniya Federal ərazisinin baş naziri Stanislav Tillix və Şəhər meri Qelma Oroş da iştirak edib.
Nazir Stanislav Tillix bəyan edib ki, “Əcnəbilərə, qaçqınlara köməyə ehtiyacı olanlara qarşı nifrət toxumları səpənlərlə heç bir dialoqa girməyə dəyməz".
Etiraz yürüşünün iştirakçıları “Dözümzüslərə dözümsüzük” , "Drezden açıq şəhərdi" plakatları ilə öz narazılıqlarını islamafoblara bəyan ediblər.
Qeyd edək ki, islam dininə qarşı dözümsüz aksiyaların çoxu məhz Drezden şəhərində təşkil edilib. İndiyədək 11 islamafob aksiya təşkil edildiyi bildirilir. Bu günə qədər bu cür aksiyalara ən çox 18 min nəfər cəlb edilə bilib. Başqa şəhərlərdə isə bu cür aksiyalarda iştirak edənlərin sayı mini keçməyib.
Onu da qeyd edək ki, növbəti islamafob aksiya yanvarın 12-nə təyin edilib.
Statistik məlumatlara görə, Almaniya əhalisinin 5 faizini müsəlmanlar təşkil edir. Onlardan 65 faizi sünni, 7 faizi şiə, 13 faizi isə ələvidir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.