haberL haberR

Almaniyada müsəlman icmaları nəzarət altındadır

Kateqoriya: İslam Yayımlama tarixi: 02.05.2016 19:06:41

Almaniya 90 müsəlman icması xüsusi xidmət orqanlarının nəzarəti altındadır

İslamazeri.az rus mediasına istinadən bildirir ki, konstitusiyanın federal mühafizəsi xidmətinin prezidenti Hans-Georq Maasen bildirib ki, Almaniya xüsusi xidmət orqanları, ölkədəki yüksək terror təhlükəsi fonunda 90 müsəlman icmasına nəzarət edir: “Biz Almaniya məscidlərinin nəzdində fəaliyyət göstərən 90 müsəlman icmasına, xüsusilə də ərəbcə danışılan icmalara diqqətli şəkildə nəzarət edirik.”

O, qeyd edib ki, söhbət gizli həyəti olan məscidlərdən gedir: "Vaizlər orada görüşlər keçirərək, tərəfdarlarını irqi və milli nifrətə təhrik edirlər.

Maasen bildirib ki, Almaniyada terror təhdidinin səviyyəsi əvvəlki kimi yüksəkdir və bir daha xatırladıb ki, İŞİD-in Almaniyada terror törətməyə dair olan niyyətlərindən xüsusi xidmət orqanları agahdır.

Bununla bərabər Maasen xəbərdar edib ki, bütün müsəlmanları terrorçularla bərabərləşdirmək olmaz.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.