haberL haberR

Almaniyada Qurani-Kərimə hörmətsizlik etdilər

Kateqoriya: İslam Yayımlama tarixi: 20.08.2015 16:36:29

Zul şəhərində yerləşən qaçqın sığınacağında yaşayan şəxsin Quran səhifələrini cırması qonşularının qəzəbinə səbəb olub

Zul şəhərində yerləşən qaçqın sığınacağında yaşayan şəxsin Quran səhifələrini cırması qonşularının qəzəbinə səbəb olub. Qəzəbə səbəb olmuş kişi sığınacağın mühafizəçilərinin qaldığı gözətçi məntəqəsində gizlənə bilib. Onlarla adam gözətçi məntəqəsinə hücuma keçərkən hadisə yerinə polis çağırılıb. 
Hadisə yerinə gələn polisi isə daş və armaturlarla silahlanmış əlliyə yaxın qəzəbli adam qarşılayıb. Toqquşma zamanı hətta polis avtomobilinin üstündən pəncərədən mebel atıblar. İğtişaşda 3 nəfər polis, 10 nəfər sığınacaq sakini olmaqla, 13 nəfər xəstəxanaya çatdırılıb. Qəzəbli kütləni yalnız 3 saata yatırtmaq olub. 

Zul şəhərindəki qaçqın sığınacağı son bir neçə həftədə qaçqınlarla dolub. Orada 122 nəfər yerinə 1800 adam yaşayır. Şəhər meri dəfələrlə oranı bağlamaqla təhdid edib.Statistikaya görə 2014-cü ilin əvvəlindən bu yana 65700 qaçqın Almaniyadan sığınacaq istəyib. 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.