haberL haberR

Almaniyanın Bakıdakı səfirliyində dava

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 22.02.2015 14:06:00

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində insident olub

İslamazeri.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, fevralın 19-da Nəsimi rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinə müraciət edən səfirliyin atteşesi, 1976-cı il təvəllüdlü Biernbaum Daniel Pierre xuliqanlıq əməli ilə üzləşdiyini deyib. 

D.Biernbaum qeyd edib ki, fevralın 19-u saat 12:20 radələrində səfirliyin İSR Plaza-nın 10-cu mərtəbəsində (Nizami küçəsi 69) yerləşən əsası ofisində Fərid adlı şəxs xuliqanlıq zəminində ona qarşı zorakılıq hərəkətləri edib. Həmin şəxs səfirlik əməkdaşını vuraraq yıxıb. Şikayətçi Fərid adlı şəxsin onu səbəbsiz yerə vurduğunu hadisənin hansı səbəbdən baş verdiyini anlamadığını da əlavə edib.

İlkin araşdırmalardan sonra Almaniya vətəndaşının şikayətçi olduğu şəxsin kimliyi dəqiqləşdirilib. Həmin şəxsin paytaxt sakini, 1973-cü il təvəllüdlü Fərid Nəcəfquluzadə olması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.