haberL haberR

“Alulbeyt” dini mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

Kateqoriya: Region Yayımlama tarixi: 10.04.2016 12:44:25

Gürcüstan Müsəlmanları İdarəsinin və azərbaycanlı tələbələrin təsis etdiyi Azad Tədqiqat İnistutunun təşkilatçılığı ilə Tbilisidə yerləşən “Alulbeyt” dini mərkəzində 9 Aprel faciəsinin 27 illiyinə həsr olunan tədbir keçirilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, din, ictimaiyyət xadimləri, azərbaycanlı və gürcü tələbələr və jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə Qurani Kərimin tilavətindən sonra həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müftisi Hacı Yasin Əliyev, Ağsaqqallar cəmiyyətinin sədri İsak Novruzov və gürcü və azərbaycanlı tələbələr yaddaşlarda yaşayan 9 aprel tarixi qəhrəmanlığı haqda çıxışlar ediblər.

 Gürcüstan və Azərbaycana müstəqillik və azadlıq bəxş edən 9 aprel və 20 yanvar hadisələrinin necəliyi, səbəbi, mahiyyəti haqda edilən çıxışlarda kədərli, faciəvi hadisənin eyni zamanda olduqca qürurverici fədakarlıq məktəbi və dövlətin müstəqillik və azadlığına doğru atılan müqəddəs bir addım olduğu qeyd edilib.

 Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə 9 aprelə həsr etdiyi şeirini məclis iştirakılarına təqdim etdikdən sonra, tədbir iştirakçılar şirniyyat və çay süfrəsinə dəvət olunublar.
Xatırladaq ki, bu il 9 aprel faciəsinin 27-ci ildönümüdür. 1989-cu il aprelin 9-da Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gecə saat 04:00-da Gürcüstan parlamenti qarşısında aksiya iştirakçılarına güc tətbiq edilib, zəhərli qazdan və güllələrdən istifadə edilib. Nəticədə 16 nəfər qadın həlak olub, sonradan daha 5 nəfər yaralı vəfat edib. Hadisə zamanı ümumilikdə 21 nəfər faciə qurbanı olub, onlarla insan yaralanıb. Həlak olanların içərisində hamilə qadınlar və yuxarı sinif şagirdləri də var.
Faciədən 2 il keçəndən sonra 1991-ci il martın 31-də keçirilən referendum əsasında Gürcüstan dövlət müstəqilliyini elan edib.

“Alulbeyt” din mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

/haberimaj/habergaleri/5Y2K4T5V4G1K.JPG
  1. “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

  2. “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

  3. “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

  4. “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

  5. “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsi yad edildi - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.