haberL haberR

Amerikalı hərbçilər “Taliban”la mübarizə üçün Əfqanıstana gəliblər

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.08.2016 19:50:19

Hazırda Hilmənd əyalətinin təxminən 80 faiz ərazisi terrorçuların nəzarətindədir və ya yaxın zamanlarda onlar tərəfindən tutula bilər.

İslamazeri.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ABŞ təxminən 100 hərbi qulluqçusunu Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətinə göndərib. Adı çəkilən əyalət ərazisində radikal “Taliban” hərəkatı aktiv şəkildə fəaliyyət göstərir.

ABŞ HHQ-in Əfqanıstandakı təmsilçisi general-mayor Çarlz Klivlend bildirib ki, amerikalı hərbi qulluqçular “Taliban” terror hərəkatı yaraqlılarının işğalı təhlükəsi altında olan əyalət paytaxtı Laşkarqəh şəhərinə gəliblər. ABŞ HHQ əməkdaşlarının əsas məqsədləri əfqan qoşunlarına hərbi dəstək və onların hazırlığıdır.

Hazırda Hilmənd əyalətinin təxminən 80 faiz ərazisi terrorçuların nəzarətindədir və ya yaxın zamanlarda onlar tərəfindən tutula bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.