haberL haberR

Amerikalı professor Ayətullah Xameneinin mesajlarından danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 03.03.2015 12:34:44

"Princeton" Universitetinin amerikalı professoru Richard Anderson Falk Seyyid Əli Xameneinin amerikalı və avropalı gənclərə yazdığı məktuba cavab verdi

İslamazeri.az-ın “Mehr”ə istinadən verdiyi  xəbərə görə, amerikalı professor Richard Anderson Falk İranın Ali dini lideri Ayətullah Xameneinin Avropa və Amerikadakı gənclərə yazdığı məktub haqqında münasibət bildirib.

84 yaşlı professor 2008-ci ildən etibarən BMT-nin İnsan Hüquqları Şurasının Fələstin üzrə xüsusi nümayəndəsi olaraq vəzifə daşımaqdadır.

Falkın Ayətullah Xameneinin məktubuna verdiyi cavabda bunlar  yazılıb:

“Bu məktub, dəyərli və insani mövzuları əhatə etməkdədir. Gənclərə xitab olaraq yazılmasına baxmayaraq, hamımız üçün böyük əhəmiyyət daşıyır. Məktubda yer alan prinsiplər cəmiyyətin mənəvi və əxlaqi əsasları olaraq əsaslandırsaq, bütün insanlara aid oluna biləcək çərçivədə genişləndirilə bilər. Belə bir duyğunun olması, xüsusilə belə bir zamanda böyük əhəmiyyət daşıyır. 84 yaşındayam, amma bu məktub mənimlə də həmsöhbət oldu və Ayətullah Xameneinin mesajlarına cavab verəcək qədər gəncəm”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.