haberL haberR

Amuli Laricani: Səudiyyə Həcc ziyarətini idarə etməkdən acizdir

Kateqoriya: İslam Yayımlama tarixi: 25.05.2016 13:20:43

İranın Məhkəmə Hakimiyyətinin sədri Həcc ziyarəti barədə fikirlərini bildirib.

İslamazeri.az-ın "Mehr"-ə istinadən verdiyi xəbərə görə, Ayətullah Sadiq Amuli Laricani Səud rejiminin Həcc ziyarətini idarə etməkdən aciz olduğunu deyərək bildirib: "Səud rejimi bəzən özləri belə zəvvarları incidəcək addımlarla yadda qalırlar. Həcc ziyarəti izzətlə keçirilməlidir və bu rejimin məsulları Həccin laiqli keçirilməsi üçün müqəddimə addımları atmalıdırlar. Dünya İslam ölkələri Həccin Səud rejiminin idarəçiliyindən azad etmək üçün çıxış yolları tapmalıdırlar."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.