haberL haberR

Ana oğluna narkotik apararkən yaxalandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 29.10.2014 10:52:03

Ana həbsxanada olan oğluna apararakən tutuldu

 Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

 

İslamazeri.az-ın apa-ya istinadən verdiyi  məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.3, 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.