haberL haberR

“Android” smartfonlarının populyarlığı son həddə çatıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 03.11.2014 12:35:50

“Strategy Analytics” analitik şirkəti yazır ki, “Android” əməliyyat sistemi ilə işləyən smartfonların yüksək inkişaf mərhələsi artıq arxada qalıb, sözügedən platforma daha bazar payını artıra bilməyəcək

Üçüncü rübdə “Android” mobil əməliyyat sisteminin bazar payı 84% təşkil edib ki, bu da ötən rüblə müqayisədə 1% aşağıdır.
 
“Strategy Analytics”in icraçı direktoru bildirib ki, “Android” platforması bu göstəricini ötməyə nail olmayacaq.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, üçüncü rübdə satılmış 100 smartfondan 12-si “Apple” aparatı olub, “Windows Phone” platformasının bazar payı 3%, “BlackBerry”də isə 1% olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.