haberL haberR

“Android” platformasında işləyən ən güclü smartfon hansıdır?

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.11.2014 10:16:54

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” proqramının tərtibatçıları cari ilin üçüncü rübü üzrə ən güclü “Android” smartfonlarının reytinqini dərc ediblər

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, ilk onluqda birinci pillədə Çinin “Meizu MX4” smartfonu qərarlaşıb. Yoxlamanın nəticəsinə görə bu cihaz 48792 bal toplayıb. Sonrakı pillədə 48622 bal toplamış Cənubi Koreyanın “Samsung Galaxy Note 4” aparatı yer alıb.

Reytinqdə dördüncü pillə Çinin “OnePlus One” smartfonuna (44795 bal) nəsib olub.

Çinin “Meizu MX4” qabaqcıl smartfonu cari il sentyabrın əvvəlində təqdim edilib. Qurğu 1920x1152 piksel təsvir ölçülü 5,4 düymlük IPS ekran, eyni anda işləyən 8 hesablama nüvəsinə malik prosessor, 2 QB əməli və 16 QB daxili yaddaş, 20 meqapiksellik əsas kamera, LTE və Wi-Fi modulları ilə təchiz olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.