haberL haberR

Anemiya xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 25.11.2015 11:03:14

Azərbaycanda 18 yaşadək uşaqların anemiya ilə xəstələnməsində artım qeydə alınıb

 Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstə uşaqların sayı 2013-cü ildə 20 302 nəfər idisə, keçən il bu göstərici 24 mindən (24 769) çox olub.

Eyni zamanda, müalicə-profilaktika müəssisələrində həmin xəstəlik üzrə qeydiyyatda olan xəstə uşaqların ümumi sayında da artım qeydə alınıb. Belə ki, keçən il anemiyadan əziyyət çəkən 23 398 uşaq (2013-cü il 22 172) qeydiyyatda olub. Bu da əhalinin hər 100 000 nəfərinə 913 xəstə uşağın (2013-cü il 870) düşməsi deməkdir.

Bununla yanaşı, mövcud yaş dövründə uşaqlar arasında müşahidə olunan yod, A vitamini çatışmazlığı xəstələnməsində də artım olub. Belə ki, keçən il 409 (2013-cü il 176) uşaqda yod, 46 nəfərdə (2013-cü il 44) isə A vitamini çatışmazlığı xəstəliyi müşahidə olunub. Həmçinin 731 uşaqda (2013-cü il 733) boyatmanın ləngiməsi və zəiflik ilə xəstələnməsi qeydə alınıb.

/Report

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.